• 21 May 2024
logo
Hakan Fidan Blinkenlə danışdı

Hakan Fidan Blinkenlə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Baymedia.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata əsasən, danışıq qarşı tərəfin təklifi əsasında baş tutub.

Telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, bölgədə yaranan humanitar böhran və təhlükəsizlik məsələləri müzakirə edilib.