• 21 May 2024
logo
Yavaşla İmamoğlu prezidentlik yarışına başladı: Kim şanslıdır?

Yavaşla İmamoğlu prezidentlik yarışına başladı: Kim şanslıdır?

Bələdiyə seçkilərində Əkrəm İmamoğlu da, Mənsur Yavaş da parlaq bir uğur qazandılar. İndi gözlər 2028-ci ildə keçiriləcək prezident seçkiləri müzakirlərinə çevrilib. Əkrəm İmamoğlunun, yoxsa Mənsur Yavaşın namizəd olacağı ilə bağlı müzakirələr başlayıb.

Baymedia.az xəbər verir ki, bu sözləri “Hürriyyət” yazarı Əbdülqədir Səlvi qeyd edib.

Səlvi Mənsur Yavaşın prezidentliyə daha çox şansının olduğunu bildirib:

“Əkrəm İmamoğlunun 2019-cu il seçkilərindən bəri prezidentliyə namizəd olmaq istədiyi məlumdur. Keçən seçkidə Kılıçdaroğlu qarşısını kəsdi. Bu seçkidə isə Özgür Özəlin seçilməsini təmin etdiyi üçün İmamoğlu CHP qərargahındakı mövqelərini sağlamlaşdırdı. Ancaq xalqın Mənsur Yavaşa dəstəyi daha güclüdür.

Türk milləti zərgər dəqiqliyi ilə səsini verir. Əkrəm İmamoğlunu seçməklə yanaşı, başlayan prezidentlik yarışında Mənsur Yavaşa tarixi bir qələbə yaşatdı. Seçkiləri 51,14 % səslə qazanan Əkrəm İmamoğluna qarşı Mənsur Yavaşa 60,43% səslə dəstək verildi. İmamoğlu İstanbulu təkrar qazanaraq gücünə güc qatdı. CHP sədrliyindən Kılıçdaroğlunu uzaqlaşdırması prezidentliyə namizədliyi qarşısındakı maneələri ortadan qaldırdı. Amma heç gözləmədiyi halda Mənsur Yavaş gerçəyi ilə qarşılaşdı”.

Səlvi öz yazısında eyni zamanda CHP və digər müxalifət partiyaların təsirində olan qrupların Fələstin məsələsi üzərindən Ərdoğan hökumətinə təzyiq qurduğunu, bu bəhanədən 4 il sonra keçiriləcək prezident seçkiləri üçün təbliğat vasitəsi kimi istifadə etdiyini qeyd edib.