• 27 Aprel 2024
logo
Ərdoğan ABŞ-a gedə bilər - KİV

Ərdoğan ABŞ-a gedə bilər - KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında ABŞ lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər.

Baymedia.az xəbər verir ki, bu barədə “Hürriyyət” mənbələrə istinadən məlumat yayıb.

“Əgər hər şey qaydasında olarsa, ABŞ-ın seçki təqvimində problem yaranmazsa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona gedə bilər. Mayın 9-da Ərdoğanın Baydenlə görüşü mümkündür”, - nəşr yazıb.