• 27 Aprel 2024
logo
Türkiyədə 173 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 173 qanunsuz miqrant saxlanılıb

Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Baymedia.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Məlumata əsasən, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.

Əməliyyat nəticəsində 173 qanunsuz miqrant və bu işlərlə məşğul olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb.