• 27 İyul 2024
logo
“Sabah”ın yeni baş məşqçisi məlum olub

“Sabah”ın yeni baş məşqçisi məlum olub

Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” komandasının yeni baş məşqçi məlum olub.

Klubdan Baymedia.az-a verilən məlumata görə, “tələbələr” xorvatiyalı məşqçi Krunoslav Renduliçlə anlaşıb. Onunla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub və bu ölkənin kubokunu qazanıb (2022-2023). Renduliç bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə də çıxarıb (2023/2024).