• 22 Aprel 2024
logo
“Qarabağ”-“Bayer ” oyunu fransalı hakimlərə tapşırıldı

“Qarabağ”-“Bayer ” oyunu fransalı hakimlərə tapşırıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Baymedia.az xəbər verir ki, oyunun baş hakimi Benoit Bastien olacaq.

Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaq, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev təyin edilib.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer ” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.