• 27 İyul 2024
logo
“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

“Bavariya” Almaniya Bundesliqasında ilkə imza atıb

Almaniyanın “Bavariya” komandası Bundesliqa tarixində ilkə imza atıb.

Baymedia.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında 2 min oyun keçirən birinci klub olub. Bunlardan 1189-u komandanın qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın ötən gün “Frayburq”la (2:2) oynadığı matç onun Bundesliqa tarixində 2 mininci oyunu olub.

Qeyd edək ki, hazırda “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 61 xalla Leverkuzenin “Bayer”i rəhbərlik edir.