• 27 İyul 2024
logo
UEFA "Qarabağ"ın bu qolunu paylaşdı

UEFA "Qarabağ"ın bu qolunu paylaşdı

UEFA Avropa Liqası “Qarabağ”ın turnirin pley-off mərhələsinin cavab matçında Portuqaliyanın "Braqa" komandasına vurduğu qolu paylaşıb.

Baymedia.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

M.Silvanın rəqib qapısından keçirdiyi top fərqləndirilib.

Xatırladaq ki, səfərdə "Braqa"ya qalib gələn (4:2) "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub olsa (2:3) da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.