• 27 İyul 2024
logo
Qurbanov Xankəndidə: Bundan şərəfli nə ola bilər?

Qurbanov Xankəndidə: Bundan şərəfli nə ola bilər?

Bu gün biz Xankəndidəyik. Bundan gözəl və şərəfli nə ola bilər?

Baymedia.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə keçirilən ultura marafonun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, illər ərzində bütün ağrı və acını birlikdə yaşamışıq:

“Mən özüm əslən Kəlbəcər rayonundanam. 30 il öncə ata-baba yurdumdan çıxmışdım. Prezident İlham Əliyevin başçılığı ilə bizim müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bütün bunların nəticəsində biz bu gün Xankəndidə tədbir təşkil edirik. Mənim üçün bundan gözəl heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, fəxarətdir. Gözümüz aydın olsun”.

Qeyd edək ki, 64 atletin iştirak etdiyi ultura marafon yarışı martın 4-dək davam edəcək.