Sabah maraqlı oyun olacaq.
Baymedia.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.
Braziliyalı hücumçu Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında iştirak edib.
Premyer Liqanın bombardiri cavab matçına hazırlığı dəyərləndirib:
“Yaxşı hazırlaşmışıq. Ciddi oyun olacaq. Rəqibimiz istənilən halda bir göstəricidir ki, onlar təhlükəlidir. Sabah doğma azarkeşlərimizin qarşısında oynayacağıq. İnanıram ki, maraqlı oyun olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.