• 27 İyul 2024
logo
Xavidən məğlubiyyət şərhi: "Barselona"nın qələbəsi də...

Xavidən məğlubiyyət şərhi: "Barselona"nın qələbəsi də...

“Barselona”nın baş məşqçisi Xavi komandasının "Jirona" ilə oyunda (2:4) məğlubiyyətini şərh edib.

Baymedia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı mütəxəssis bunları deyib:

“Jirona”nın etdikləri böyük nailiyyətdir. Onlar bizdən daha yaxşı idilər. İndi turnir cədvəlində 7 xal qabaqdadırlar və buna layiqdirlər. Oyun bərabər keçdi, hər şeyi xırda detallar həll etdi. "Barselona"nın qələbəsi də ədalətli olardı. Biz qapıya doğru 31 dəfə zərbə vurduq. Müdafiədəki səhvlər sonda özünü göstərdi.

"Jirona"nın əla komandası, gözəl layihəsi var. Biz fərqi aradan qaldırmaq istəyirdik, amma bu, bizim reallığımızdır. “Barselona” yenidən qurulur. Baxmayaraq ki, buna görə məni tənqid edirlər. İki addım irəli getmək üçün bir addım geri getməlisiniz. Şübhə etməyə ehtiyac yoxdur, hər şeyi əvvəlki kimi olacaq”.