• 27 İyul 2024
logo
Şeydayev dava etdi: 8 oyunluq cəzalandırıldı

Şeydayev dava etdi: 8 oyunluq cəzalandırıldı

Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

Baymedia.az xəbər verir ki, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra davada iştirak etməsi olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib.

Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.