• 27 İyul 2024
logo
“Kəpəz”dən 7 il 7 ay sonra bir ilk

“Kəpəz”dən 7 il 7 ay sonra bir ilk

“Kəpəz” Premyer Liqanın 2023/2024 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb. Gəncə təmsilçisi səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

Baymedia.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, qərblilər sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə ötən mövsümdə sevinmişdi.

2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb.

Gəncəlilər rəqib meydanındakı böyükhesablı qələbəni isə 2772 gün sonra əldə edib. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan “Kəpəz” rəqib qapısından 3 top keçirib.

Qeyd edək ki, bu klub tarixində Premyer Liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.