• 27 İyul 2024
logo
AFFA və PFL rəhbərliyi Almaniyaya yollanıb

AFFA və PFL rəhbərliyi Almaniyaya yollanıb

AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin növbəti mərhələsinə start verilib.

Baymedia.az xəbər verir ki, layihənin dekabrın 10-dək davam edəcək ikinci sessiyası Almaniyanın Frankfurt şəhərində keçirilir.

Seminarda AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi, eləcə də Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edirlər.

Seminar bu gün “Ayntraxt” klubunun, sabah “Maynts” komandasının stadionunda, dekabrın 8-də isə Almaniya Futbol Federasiyasının təlim-məşq bazasında olacaq.

Qeyd edək ki, proqramın əsas məqsədi Premyer Liqa təmsilçilərinin klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir. Üç mərhələdən ibarət olan layihənin ilk sessiyası Bakıda keçirilib. Üçüncü – sonuncu sessiya isə 2024-cü il fevralın 7-9-da yenidən Azərbaycan paytaxtında təşkil ediləcək.