• 13 Aprel 2024
logo
UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi

UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi

“Son dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi”.

Baymedia.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksander Çeferin xarici KİV-ə açıqlamasında Qətərin ev sahibliyi etdiyi DÇ-2022-nin qış aylarında keçirilməsi barədə danışarkən deyib.

O, bildirib ki, qurum ayrı-seçkilik və sui-istifadənin bütün formaları ilə mübarizə aparmaq üçün əlindən gələni edir: “Amma heç kim turnirdən şəxsi və ya siyasi maraqlar üçün istifadə etməməlidir. Mən bir şeyə əminəm ki, son mundial futbol üçün yaxşı təcrübə deyildi və bunu təkrarlamaq ağılsızlıq olar. Bu, oyun təqvimində həddən artıq yüklənmə yaradar”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. Turnirin qalibi Argentina yığması olub. 2026-cı il mundialına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.