• 25 Fevral 2024
logo
Millətlər Liqası: Azərbaycanın qadınlardan ibarət yığması bu gün Kipr ilə qarşılaşacaq

Millətlər Liqası: Azərbaycanın qadınlardan ibarət yığması bu gün Kipr ilə qarşılaşacaq

Dekabrın 1-də qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Baymedia.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Kiprlə üz-üzə gələcək.

Limassol şəhərinin eyniadlı stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kerolayn Lanssens olacaq. Ona İrmqard Van Meyrvenn və Marqo Ceykops kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yana Van Laer yerinə yetirəcək.

Dörd turdan sonra aktivində 10 xalı olan komandamız hazırda qrup lideridir. Monteneqro seçməsi isə yeddi xalla ikinci pillədə yer alıb. Azərbaycan yığması Kiprlə görüşdə qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

Millimiz C Liqasının üçüncü qrupunun digər görüşündə isə dekabrın 5-də Farer adaları ilə qarşılaşacaq. "Dalğa Arena"da reallaşacaq matç 16:00-da başlayacaq.