• 25 Fevral 2024
logo
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq

Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Baymedia.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

"Zaqatala"a "Şamaxı”nı, "İmişli" isə "Mingəçevir"i qəbul edəcək.

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

13:30. “İmişli” – “Mingəçevir”

Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

İmişli şəhər stadionu.

Qeyd edək ki, daha əvvəl “İrəvan”, MOİK, “Karvan”, “Səbail”, "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan", “Turan Tovuz” və "Sumqayıt" səkkizdəbir finala vəsiqəni təmin ediblər.