• 21 Fevral 2024
logo
Azərbaycan Premyer Liqası: Tur prinsipial oyunla start götürəcək

Azərbaycan Premyer Liqası: Tur prinsipial oyunla start götürəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Baymedia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Açılış matçında “Qarabağ” “Sabah” klubunun qonağı olacaq.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.

Turnir cədvəlində Ağdam təmsilçisi 26 xalla ikinci, Bakı klubu isə 16 xalla yeddinci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 20 dəfə üz-üzə gəliblər. Bunların 13-də “Qarabağ”, birində “Sabah” qələbə qazanıb. Altı qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də “köhlən atlar”ın xeyrinədir – 37:12.

“Qarabağ” son üç görüşdə qol vurub. Son 6 oyunda meydan sahibi olan komanda uduzmayıb.

Azərbaycan Premyer Liqası

XIV tur

24 noyabr (cümə)

20:00. “Sabah” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun “Səbail” – “Kəpəz”, “Qəbələ” – “Turan Tovuz” oyunları noyabrın 25-də, “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları isə noyabrın 26-da keçiriləcək.