• 27 İyul 2024
logo
AFFA rəqibini vuran futbolçuları cəzalandırdı

AFFA rəqibini vuran futbolçuları cəzalandırdı

AFFA U-15 Liqasında keçirilən "Lion"-"Ulduz" (Mingəçevir) görüşündə futbolçular arasında dava düşüb.

Baymedia.az xəbər verir ki, İntizam Komitəsi "Lion"un oyunçusu Hüseyn Hüseynovu 4 matçlıq cəzalandırıb.

Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün 4 qarşılaşmalıq diskvalifikasiya edilib.

Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi vurmağa cəhd göstərdiyi üçün 2 oyunluq cəza alıb.