• 27 İyul 2024
logo
Azərbaycanlı voleybolçu Macarıstan klubuna kubok qazandırıb

Azərbaycanlı voleybolçu Macarıstan klubuna kubok qazandırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

Federasiyadan Baymedia.az-a verilən məlumata görə, blokçu şərəfini qoruduğu Macarıstanın "Vaşaş" komandasının heyətində yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq turnirin qalibi olub.

Onun komandası Polşada keçirilən "Amica Cup 2023" hazırlıq turnirində yerli “Volley Vrotslav" klubunu 3:1, Almaniyanın "Dresdner" klubunu və Çexiyanın "Dukla Liberets" kollektivini isə 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 1-də baş tutmuş son oyunda A. Əbdüləzimovayam istirahət verilmişdi. Lakin komandası 0:2 hesabı ilə geri düşdüyündən məşqçi oyunçu əvəzləməsi edərək kapitanı oyuna salıb. Məhz azərbaycanlı voleybolçunun səyləri ilə Macarıstan təmsilçisi möhtəşəm geri dönüş edərək yekunda meydandan qalib ayrılıb. Milli üzvü oynadığı 3 set ərzində 8 xal qazanıb.