• 27 İyul 2024
logo
Messi meydana nə vaxt qayıdır?

Messi meydana nə vaxt qayıdır?

​​​​​“İnter Mayami”nin futbolçusu Lionel Messinin meydanlara qayıdacağı vaxt müəyyənləşib.

Baymedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən 36 yaşlı hücumçu oktyabrın 8-də MLS çərçivəsində keçiriləcək “Çinçinnati” ilə görüşdə meydana çıxa bilər. Argentinalı forvard oktyabrın 5-də baş tutacaq "Çikaqo Fayr"la qarşılaşmanı tribunadan izləyəcəyi dəqiqdir.

Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son üç oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”ya uduzduqları matçı buraxıb.