• 27 İyul 2024
logo
Prezidentə zəng edib?

Prezidentə zəng edib?

"Bavariya"nın və Almaniya yığmasının keçmiş müdafiəçisi Jerome Boatenq "El Nacional"ın yaydığı xəbəri təkzib edib.

Baymedia.az xəbər verir ki, məlumatda Botenqin yayda “Real”ın prezidenti Florentino Peresə zəng edərək öz xidmətini təklif etdiyi iddia olunurdu.

Amma Boatenq özü sosial şəbəkədə bu məlumatı təkzib edib: "Bu barədə heç nə bilmirəm, maraqlıdır".

Futbolçunun agenti də onun "Real"la əlaqə saxlamadığını bildirib.

“Bütün karyerası ərzində Jerome heç vaxt şəxsən özünü heç bir kluba təklif etməyib və əlbəttə ki, prezidentə zəng etməyib. Bunun üçün onun başqa adamları var. Bu şayiələrdə həqiqət yoxdur”, - Bild agentdən sitat gətirib.

Yayda "Lion"la müqaviləsi başa çatdıqdan sonra Boatenq azad agent statusunda olub.