“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo məğlubiyyətsiz oyunlarının sayına görə dünya rekordu qırıb.
Baymedia.az xəbər verir ki, “Əl-Nəsr” – “Persepolis” oyunundan (2:0) sonra portuqaliyalı hüçumçunun uduzmadığı oyunların sayı 1000 olub. Onlardan 776-da qələbə qazanıb, 224-də isə heç-heçə edib. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Bundan sonra Ronaldo "Əl-Nəsr" formasıyla Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində keçirilən "Əl-Əhli" ilə matçda daha bir qələbə qazanıb – 4:3. Bununla məğlubiyyətsiz keçirdiyi oyun sayı 1001 olub. Hələ heç bir futbolçu buna nail ola bilməyib.
O, bu uğura “Əl-Nəsr”də 28, “Mançester Yunayted”də 284, “Yuventus”da 114, “Real”ida 386, “Sportinq"də (Lissabon) 21, Portuqaliya millisində 168 məğlubiyyətsiz oyun keçirməklə imza atıb. Kriş karyerası ərzində 182 görüşdə meydanı məğlub tərəf kimi tərk edib.