Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.
Azərbaycan Boks Federasiyasından Baymedia.az-a verilən məlumata görə, yarışda milli komandanın 6 üzvü medal əldə edib.
Yığmanın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kiloqram çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək qızıl medala yiyələnib.
Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (54 kiloqram), İlqar Salahov (67 kiloqram), Rəşid Həsənov (71 kiloqram) və Mehparə Məmmədova (48 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, boksçular Bakıya sentyabrın 26-da qayıdacaqlar.