• 9 May 2025
logo
Musa Qurbanlıdan etiraf: Buna görə özünəinam aşağı düşüb

Musa Qurbanlıdan etiraf: Buna görə özünəinam aşağı düşüb

“Yurqorden”in azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibə verib.

Baymedia.az xəbər verir ki, 21 yaşlı hücumçu son vaxtlar işlərinin yolunda getmədiyini etiraf edib. Azərbaycan millisinin forvardı tezliklə formaya düşəcəyinə inandığını söyləyib:

"Oyunum yaxşılaşmalıdır və əminəm ki, belə olacaq. Hücumçuyam, qol vurmalı və məhsuldar ötürmələr verməliyəm – bunu bilirəm. Qarşılaşmalardan əvvəl bacardığım qədər hazırlaşmağa çalışıram. Nə qədər çox oynasam, daha da yaxşılaşacaq. İsveç futboluna daha çox öyrəşirəm. Söhbət təkcə meydandakı 90 dəqiqədən getmir. Yaşamağımız, yeməyimiz, yatmağımız, məşq etməyimiz də bura aiddir. Ən yaxşı səviyyəmə çatmaq üçün əlimdən gələni edirəm. Doğru yolda davam etsəm, hədəflərimə çatacağam".

Milli komandamızın üzvü əldən verdiyi qon şanlarının ona mənfi təsir etməsindən də danışıb:

"Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam daha da artır. Qol vurmayanda bir qədər aşağı düşə bilər. Bu, normaldır. İki həftə əvvəl dubl edəndə özünəinam yüksək idi. İndi iki oyundur qol vurmuram, ona görə də bir az aşağı düşüb".

Musa üzərinizdə təzyiq hiss etmədiyini bildirib:

– Xeyr. Bilirəm ki, insanlar özlərinə təzyiq göstərməyə çalışırlar, amma mən sadəcə, öz işimi görməyə çalışıram. Bilirəm ki, əlimdən gələni edirəm. Ona görə də heç bir təzyiq hiss etmirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, daha çox qaçardım.