• 19 Mart 2024
logo
Ronaldu futbol klubu almaq istəyir

Ronaldu futbol klubu almaq istəyir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu futbol klubu sahibi olmağı planlaşdırır.
Baymedia.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun özü məlumat verib:
“Karyeramın sonuna 2-3 il qalıb. Futbol klubu almağı istisna etməzdim. Karyeramı başa vurduqdan sonra bunu etmək istərdim”, – deyə portuqaliyalı söyləyib.
Qeyd edək ki, Ronaldu bu ilin əvvəlindən “Ən-Nəsr”də çıxış edir. Portuqaliyalı hücumçu ilə klub arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.