• 18 Aprel 2024
logo
Ronaldo ərəblərin rəmzi komandasına düşə bilmədi

Ronaldo ərəblərin rəmzi komandasına düşə bilmədi

Səudiyyə Ərəbistanı Liqasında 2022/2023 mövsümünün rəmzi komandası açıqlanıb.

Baymedia.az “Report”a istinadən xəbər verir ki, “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldo “11-liy”ə düşə bilməyib.

Qapıçı: Marselo Qroye (“Əl-İttihad”)

Müdafiəçilər: Gislen Konan (“Əl-Nəsr”), Ahmed Şarahili, Ahmed Heqazi, Madalla Əl-Olayyan (hamısı “Əl-İttihad”),

Yarımmüdafiəçilər: Luis Qustavo (“Əl-Nəsr”), Romarinyo (“Əl-İttihad”), Alexandro Romero Qamarra (“Əl-Taavun”),

Hücumçular: Firas Əl-Breykan, Murad Batna (hər ikisi “Əl-Fateh”), Odion İqalo (“Əl-Hilal”),

Qeyd edək ki, Ronaldo 2022-ci il dekabrın sonunda “Əl-Nəsr”ə keçib. Forvard komandanın heyətində 19 oyun keçirib, 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.