• 19 Aprel 2024
logo
Bu gün Konfrans Liqasının finalı keçiriləcək

Bu gün Konfrans Liqasının finalı keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.
Baymedia.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.
UEFA Konfrans Liqası
Final
7 iyun
Saat 23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"
Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.