• 16 Aprel 2024
logo
Əliyev Ağayev AÇ oyunlarını idarə edəcək

Əliyev Ağayev AÇ oyunlarını idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.
Baymedia.az xəbər verir ki, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.
A qrupunda Gürcüstanla yanaşı Portuqaliya, Niderland və Belçika, C qrupunda İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.