• 25 Aprel 2024
logo
9 qat dünya çempionu Türkiyədə qurban kəsdi - Video

9 qat dünya çempionu Türkiyədə qurban kəsdi - Video

Doqquzqat dünya çempionu, Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının rəhbəri Araz Musayev Ankara şəhərində qurban kəsib.

Baymedia.az xəbər verir ki, Araz Musayev Türkiyə və Azərbaycan birliyi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığı və Türkiyədə keçirilən seçkilərlə əlaqədar qurban kəsdiyi bildirib.

"Bu qardaşlığı, bərabərliyi nümayiş etdirmək üçün Türkiyəyə yola düşdük. Türk dünyasının birləşməsi xeyir-dua, Allahın razılığı ilə davam edəcək. 200-cü qurbanımızı kəsdik, arzumuz odur ki, qurbanların sayını minə çatdıraq", - qeyd edib.