• 25 Aprel 2024
logo
Premyer Liqanın qalibləri mükafatlandırıldı

Premyer Liqanın qalibləri mükafatlandırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar.
Baymedia.az-ın məlumatına görə, mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar.
“Azersun Arena”da təşkil olunmuş tədbirdə “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub.
22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib.