• 29 Mart 2024
logo
“Qarabağ”ın ÇL-də daha 4 mümkün rəqibi...

“Qarabağ”ın ÇL-də daha 4 mümkün rəqibi...

“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində daha 4 potensial rəqibi müəyyənləşib.
Baymedia.az xəbər verir ki, Azərbaycan çempionunun mümkün rəqibləri sırasına “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani” (Kosovo) də qoşulub.
Səpələnməmişlərin səbətində yer alacaq komandalardan yalnız ilkin mərhələnin qalibi, Albaniya və Ermənistan çempionu məlum deyil.
Öz ölkələrində çempionluğu rəsmiləşdirən “Şerif” (Moldova), “Makkabi” (Hayfa, İsrail) və “Zrinski” (Bosniya və Herseqovina) isə səpələnmişlərə düşdüklərindən, ağdamlılarla qarşılaşmayacaqlar.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də olacaq. Raundun oyunları isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
Səpələnmişlər:
“Breydablik” (İslandiya)
Monteneqro çempionu
Səpələnməmişlər:
“Tre Penne” (San-Marino)
“Atletik Ekaldes” (Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Ferentsvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
“Şerif” (Moldova)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Makkabi” (Hayfa, İsrail)
“Jalgiris” (Litva)
HIK (Finlandiya)
“Flora” (Estoniya)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Olimpiya” (Sloveniya)
“Zrinski” (Bosniya və Herseqovina)
Səpələnməmişlər:
“Linkoln” (Cəbəllütariq)
“Klaksvik” (Farer adaları)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Rakuv” (Polşa)
“Aris” (Limassol, Kipr)
“Haken” (İsveç)
“Farul” (Rumıniya)
“Valmieras” (Latviya)
“Ballkani” (Kosovo)
“Larne” (Şimali İrlandiya)
“Hamrun” (Malta)
“Hesperange” (Lüksemburq)
“Struqa” (Şimali Makedoniya)