• 23 Oktyabr 2024
logo
Ukrayna millisi Bakıda CAR-a, Çexiya isə Gürcüstana qalib gəlib

Ukrayna millisi Bakıda CAR-a, Çexiya isə Gürcüstana qalib gəlib

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri davam edir.
Baymedia.az xəbər verir ki, B qrupunun üçüncü turu çərçivəsində Ukrayna millisi Cənubi Afrika Respublikası (CAR) seçməsi ilə qarşılaşıb. Görüş Ukrayna yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı Tennis Akademiyasında keçirilən yarışın A qrupunda yer Gürcüstan və Çexiya seçmələri üz-üzə gəliblər. Oyundan çexiyalı futbolçular 6:3 hesablı qələbə ilə ayrılıblar.
Millimiz üçüncü tur çərçivəsində bu gün Gürcüstan seçməsi ilə qarşılaşacaq. Matç saat 20:30-da başlayacaq.
Futbolçularımız ilk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya isə qalib gəlib – 2:0.
Qeyd edək ki, qrup birinciləri yarımfinala, 2-3-cü yerləri tutacaq komandalar isə pley-offa vəsiqə qazanacaqlar.