• 26 Aprel 2024
logo
"Kəpəz"dən əzmkar qələbə

"Kəpəz"dən əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda daha matçı baş tutub.
Baymedia.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla xallarının sayını 25-ə çatdıran "Kəpəz" 7-ci pilləyə yüksəlib. 18 xala malik "Səbail" 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə "Zirə" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" matçları ilə yekun vurulacaq.