• 29 Mart 2024
logo
Messi tarixə düşdü - Bunu bacaran 3-cü futbolçudur

Messi tarixə düşdü - Bunu bacaran 3-cü futbolçudur

Lionel Messi yığmada 100 qol səddini adlayan üçüncü futbolçu olub.
Baymedia.az xəbər verir ki, 36 yaşlı hücumçu Argentina yığmasının Kurasao ilə yoldaşlıq oyununda buna nail olub. Messi 7:0 hesablı qələbəyə ilk hissədə vurduğu üç qolla töhfə verib. Bununla da forvardın yığmadakı qollarının sayı 102-yə çatıb.
Lionelə qədər yalnız iki futbolçu 100 qol səddini keçə bilib. Dünya rekordu Portuqaliya millisində 122 qol vuran Kriştiano Ronaldoya məxsusdur. İran millisinin sabiq hücumçusu Əli Daei isə 109 dəfə fərqlənib.