• 29 Mart 2024
logo
Türkiyə millisinin 2 voleybolçusu zəlzələdə öldü

Türkiyə millisinin 2 voleybolçusu zəlzələdə öldü

Türkiyə millisinin iki voleybolçusu - Mehmet Can Ağırbaş və Emincan Qocabaş zəlzələ nəticəsində həlak olub.

Baymedia.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Hər iki voleybolçu Malatya Böyükşəhər Bələdiyyəsporun formasını geyinib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.