• 26 Aprel 2024
logo
Türkiyə nəhəngləri hər kəsi şoka saldı - Bir-birlərini qırırdılar, indi isə...

Türkiyə nəhəngləri hər kəsi şoka saldı - Bir-birlərini qırırdılar, indi isə... - FOTOFAKT

Türkiyədə baş verən zəlzələnin fəsadlarını aradan qaldırmaq və çətin vəziyyətdə olan insanlara dəstək üçün bütün ölkə birlik nümayiş etdirir.

Baymedia.az xəbər verir ki, qardaş ölkənin futbol ictimaiyyəti də bu mənada addımlar atır. Xüsusilə İstanbul təmsilçiləri yardım kampaniyalarında aktiv iştirak edirlər. Fanatlar da bu məsələ də klublarını dəstəkləyirlər.

Diqqətçəkən məqam isə bir müddətdir mübahisəli hakim qərarlarına görə bir-birilərinə düşmən kəsilən, az qala hər gün rəqiblərinin ünvanlarına ağır ittihamlar səsləndirən İstanbul nəhənglərinin - "Qalaatasaray", "Fənərbağça" və "Beşiktaş"ın ötən gecədən birlik nümayiş etdirməsidir. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq istəyən klublar sosial şəbəkələrdə fasiləsiz çağırışlar ediblər.

Hətta əzəli rəqiblərinin stadionlarına yaxın ərazilərdə yaşayan azarkeşlərini yardım üçün ora yönəldiblər. Klubların bu addımı isə Türkiyə ictimaiyyəti tərəfindən alqışla qarşılanıb.

Maraq üçün qeyd edək ki, klublar bütün paylaşımları #bizberaberiz haştaqi ilə ediblər.