• 25 Aprel 2024
logo
"Qarabağ" sloveniyalı qapıçı ilə maraqlanır

"Qarabağ" sloveniyalı qapıçı ilə maraqlanır

Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Maribor” komandasında çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.
Baymedia.az xəbər verir ki, Ağdam təmsilçisi ilə yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.
“Maribor” hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.
Qeyd edək ki, A.Yuq 2020-ci ildən “Maribor”un formasını geyinir.