• 19 Aprel 2024
logo
"Bayern" "Siti"nin futbolçusu ilə gücləndi

"Bayern" "Siti"nin futbolçusu ilə gücləndi

Almaniya nəhəngi "Bayern" heyətinə yeni futbolçu qatıb.
Baymedia.az xəbər verir ki, Münhen təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Joao Kanselunu mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə "Sky Sports" məlumat yayıb.
"Bayern" eyni zamanda, 70 milyon avroluq satınalma hüququna sahib olacaq. 28 yaşlı futbolçu artıq Münhenə yollanır. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra "pivəçilər" onun transferini rəsmən açıqlayacaqlar.
Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.