• 20 İyun 2024
logo
Həmyerlimiz Rusiyanı birinci etdi

Həmyerlimiz Rusiyanı birinci etdi

Azərbaycan əsilli Rusiya idmançısı Xanım Vəliyeva Krasnoyarskda keçirilən beynəlxalq turnirin qalibi olub.
Baymedia.az xəbər verir ki, Rusiya yığmasının üzvü olan X.Vəliyeva Olimpiya, dünya və Avropa çempionu, SSRİ-nin Əməkdar idman ustası İvan Yarıgin adına sərbəst güləş üzrə beynəlxalq turnirdə 68 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Krasnoyarskda doğulan idmançı 2020-ci ildə Avropa çempionu, 2021-ci ildə dünya çempionatının bürünc medalçısı olub. O, beynəlxalq dərəcəli idman ustasıdır.