• 19 Mart 2024
logo
“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu alır? – Rəsmi

“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu alır? – Rəsmi

“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.
Baymedia.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Report-a açıqlamasında Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.
Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər:
“Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Danışıqların yekununa əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.
Qeyd edək ki, “Lequipe” nəşri “Qarabağ”ın Yassin Benzia ilə 2,5 illik müqavilə imzalaya biləcəyini yazıb.
Xatırladaq ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib.