• 24 Aprel 2024
logo
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Qətərdə keçirilən DÇ-2022-də xoşagəlməz hadisə yaşanıb.

Baymedia.az-ın məlumatına görə, qalmaqalın səbəbkarı Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo olub.

Hadisə “Barselona”nın və Kamerun millisinin sabiq hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxtda baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs Etooya nə isə deyib.

Bundan qəzəblənən kamerunlu gəncin üstünə şığıyıb. Əvvəl onu itələyən futbol veteranı üzünə təpik də vurub. Etoonun əhatəsindəki şəxslərdən biri zərərçəkmişin kamerasını da əlindən alıb.