• 28 Mart 2024
logo
DÇ-2022: Bu gün ¼-in daha iki iştirakçısı bəlli olur

DÇ-2022: Bu gün ¼-in daha iki iştirakçısı bəlli olur

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.
Baymedia.az xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.
"Al Tumama" stadionundakı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmanı Xesus Valensuela idarə edəcək.
Günün digr qarşılaşmasında İngiltərə - Seneqal milliləri üz-üzə gələcək. "Əl Bayt" stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.