• 31 Yanvar 2023
logo
DÇ-2022: Son 24 ilin antirekordu...

DÇ-2022: Son 24 ilin antirekordu...

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb.

Baymedia.az xəbər verir ki, 5 komandanın qrupu məğlubiyyətsiz başa vurması 32 yığmanın iştirakı ilə 8 qrupdan ibarət təşkil olunan formatda ən aşağı göstəricidir.

DÇ-1998 və DÇ-2002-də 12, DÇ-2006-da 11, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında isə 9 komanda qrupda məğlub olmayıb. Budəfəki mundialda yalnız Niderland, İngiltərə, ABŞ, Mərakeş və Xorvatiya qrupu məğlubiyyət üzü görmədən tamamlayıb.

Qeyd edək ki, qrup mərhələsində Niderland, İngiltərə, Mərakeş 7 xal, ABŞ-la Xorvatiya 5 xal toplayıb. Turnirin 1/8 finalına bu gün keçiriləcək oyunlarla start veriləcək.