• 31 Yanvar 2023
logo
DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.
Baymedia.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.
Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.
DÇ-2022, 1/8 final
3 dekabr
19:00. Niderland - ABŞ
Baş hakim: Vilton Sampayo (Braziliya)
"Xəlifə" stadionu
23:00. Argentina - Avstraliya
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Əhməd ibn-Əli" stadionu