• 25 Aprel 2024
logo
Tanınmış futbolçu öldü

Tanınmış futbolçu öldü

Argentinanın “Atletiko Tukuman” futbol klubunun kolumbiyalı yarımmüdafiəçisi Andres Balanta 22 yaşında vəfat edib.

Baymedia.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, futbolçu məşq zamanı huşunu itirib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Balanta aparıldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Balanta 2019-cu ildə də bir dəfə huşunu itirub. Ancaq, o zaman aparılan testlərin heç birində hansısa problem üzə çıxmayıb.