• 19 Mart 2024
logo
Polşa Səudiyyəyə qalib gəldi

Polşa Səudiyyəyə qalib gəldi

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

Baymedia.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***

Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.

Qarşılaşmanın 39-cu dəqiqəsində Pyotr Zelinski Avropa təmsilçisini hesabda önə keçirib.

***

Levandovski matçın 82-ci dəqiqəsində fərqi artırdı: 2-0.

***

Polşa Səudiyyəyə qalib gəlməklə xallarının sayını 4-ə çatdırdı.