• 27 İyul 2024
logo
FİDE prezidenti idmançılarımızı təbrik etdi

FİDE prezidenti idmançılarımızı təbrik etdi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Arkadi Dvorkoviç prezidenti İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Azərbaycan Şahmat Federasiyasından Baymedia.az-a verilən məlumata görə, bağlanış mərasimindən sonra qaliblərlə görüşən funksioner onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.