• 21 Fevral 2024
logo
Ronaldo "Qızıl top" mərasimində iştirak edəcək

Ronaldo "Qızıl top" mərasimində iştirak edəcək

İngiltərənin "Mançester Yunated" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 5 il aradan sonra "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatı mərasimində iştirak etməyə hazırlaşır.

Baymedia.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Sonuncu dəfə 2017-ci ildə bu mükafatlandırma mərasimində iştirak edən futbolçu "Qızıl top" mükafatının beşqat qalibidir.

Qeyd edək ki, tədbir oktyabrın 17-nə planlaşdırılıb.