• 2 Mart 2024
logo
Əfsanəvi futbolçu Bakıya gəldi

Əfsanəvi futbolçu Bakıya gəldi

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Bakıya gəlib.
Baymedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan millisinin skautu İlqar Qurbanov özünün instaqram səhifəsində paylaşım edib.
Əfsanəvi yarımmüdafiəçi bu gün Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyəcək.
Qeyd edək ki, görüş saat 20:45-də start götürəcək.